Bank Of Baku

Əli Bilgə Cankorel: “Azərbaycan hələ gənc demokratiyadır və demokratiyanın tam inkişafı üçün uzun yol keçilməlidir”

Əli Bilgə Cankorel: “Azərbaycan hələ gənc demokratiyadır və demokratiyanın tam inkişafı üçün uzun yol keçilməlidir”
# 11 iyun 2010 11:51 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşün əsas müzakirə mövzusu Azərbaycanda demokratik dəyərlərin inkişafına dəstək məsələləri olub. Əli Bilgə Cankorel çıxışında ATƏT-in Bakı Ofisinin fəaliyyətinə toxunub və qeyd edib ki, ofis parlament seçkiləri ərəfəsində öz fəaliyyətini aktivləşdirib: “ATƏT-in Bakı Ofisi qarşıdan gələn seçkilər ərəfəsində daha aktiv dialoq mühiti yaratmağa çalışır. Ofis öz işini sərbəst toplaşmaq hüququnun reallaşması, seçki prosesinə müdaxilələrin qarşısının alınması, namizədlərin qeydiyyatı və KİV-in seçkilərdə rolu sahələrində maarifləndirici iş aparmaq üzərində qurur”. Azərbaycanda demokratik dəyərlərin inkişafı məsələsinə toxunan ATƏT-in Bakı Ofisinin rəhbəri bildirib ki, Azərbaycan hələ gənc demokratiyadır və demokratiyanın tam inkişafı üçün uzun yol keçilməlidir: “Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, siyasi baxımdan stabil ölkədir və regionda böyük inkişaf perspektivlərinə malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR