Bank Of Baku

Əli Əhmədov: “Bəzi müxalifət partiyaları ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir”

Əli Əhmədov: “Bəzi müxalifət partiyaları ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir”
# 11 iyun 2010 14:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifət partiyalarının şəhərin mərkəzində icazəsiz mitinqlər keçirmək cəhdlərinə münasibətini açıqlayıb. APA-nın məlumatına görə, partiyanın sədr müavini Əli Əhmədov partiyanın saytına açıqlamasında bildirib ki, istənilən qanunsuz hərəkətlərin, o cümlədən də, hər hansı siyasi təşkilat tərəfindən qanunsuz şəkildə kütləvi aksiya keçirmək istəyinin qarşısı qanun çərçivəsində qətiyyətlə alınmalıdır. Sədr müavininin sözlərinə görə, Azərbaycanın siyasi mühitinin müəyyən hissəsində düzgün olmayan belə bir təsəvvür formalaşıb ki, siyasi partiyaların mövcudluğu kütləvi aksiyaların keçirilməsi ilə təyin olunur: “Azərbaycan müxalifəti səhv olan bu düşüncədən nə qədər tez uzaqlaşsa, onların gələcək fəaliyyəti üçün bir o qədər sərfəli olar. Amma eyni zamanda bu niyyətlərin arxasında xoşagəlməyən bir meylin olduğunu görməmək mümkün deyil. Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyaları ölkədə ictimai-siyasi sabitliyin pozulmasına ciddi cəhdlər göstərirlər və bu istiqamətdə onların düşüncələri gəlib o nöqtədə dayanır ki, mütəmadi şəkildə keçirilən kütləvi aksiyalar ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara bilən ən səmərəli metod ola bilər”.

Ə. Əhmədov bildirib ki, kütləvi aksiyalar keçirilməsi üçün müvafiq orqanlar tərəfindən yerlər ayrılıb: “Amma müxalifət partiyaları həmin yerlərdə toplantılarını keçirməkdən imtina edir və elə yerdə aksiya keçirmək istəyirlər ki, həmin yerlərdə kütləvi aksiyaların keçirilməsi bir sıra mülahizələrlə əlaqədar sadəcə qeyri-mümkündür. Onlar həmin yerlərdə aksiyanın keçirilməsinə rədd cavabı veriləcəyini əvvəlcədən bildiklərindən, sadəcə Azərbaycan hökumətini bir sıra beynəlxalq təşkilatların qarşısında suçlu çıxarmaq kimi xoşagəlməyən bir niyyətlərini qarşıya qoyublar. Bütün bunların hamısı indiyə qədər müxalifət tərəfindən uğursuzcasına tətbiq edilən gedişlərdir ki, bundan sonra da bu vərdişlərindən əl çəkməsələr, indiyə qədər düçar olduqları uğursuzluqlar onları bundan sonra da müşayiət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR