Bank Of Baku

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun Qurtuluş Gününə həsr olunan tədbir keçirilib - FOTOSESSİYA

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun Qurtuluş Gününə həsr olunan tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 12 iyun 2010 11:30 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbirdə YAP-ın icra katibi Əli Əhmədov çıxış edərək 15 iyun - Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik bayram olduğunu deyib. Onun sözlərinə görə, Heydər Əliyevin 1993-cü ildə mürəkkəb və təhlükəli bir dövrdə xalqın səsini eşidərək hakimiyyətə gəlməsi Azərbaycanın gələcəyini böyük bəlalardan xilas edib. Ə. Əhmədov H. Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə əmin-amanlığın bərpa edildiyini bildirib: “Məhz onun xidmətləri nəticəsində sonrakı illərdə keçirilən seçkilər zamanı xalq Heydər Əliyevin siyasətini dəstəkləyib. Bu gün də Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla həyata keçirilir”.

Tədbirdə çıxış edən parlamentin komitə sədri Arif Rəhimzadə deyib ki, Heydər Əliyev hakimiyyətə dəvət olunandan sonra ölkədə baş verə biləcək böyük bəlaların qarşısı alınıb: “Azərbaycanda dövlət çevrilişlərinin, separatizmin, terror aktlarının, torpaqların işğal edilməsinin qarşısı alındı. Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib” .

Milli Məclisin komitə sədri Eldar İbrahimov isə deyib ki, əgər Qurtuluş Günü olmasaydı yəqin ki, indi heç bir bayram qeyd olunmurdu: “Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı da məhz ilk dəfə Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə qaldırılıb. Gərək bizim gənclər bilsinlər ki, 15 İyun - Qurtuluş Gününə gedən yol necə baş verib. Bütün bunlar dərsliklərdə yüksək səviyyədə əksini tapmalıdır”. .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR