Bank Of Baku

Demokratiya Uğrunda İttifaq kütləvi aksiyaların davam etdirilməsinə qərar verib

Demokratiya Uğrunda İttifaq kütləvi aksiyaların davam etdirilməsinə qərar verib
# 14 iyun 2010 11:06 (UTC +04:00)
Bakı – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.

DUİ SŞ-da 12 iyun aksiyasının nəticələri müzakirə edilərək, kütləvi aksiyaların davam etdirilməsinin məqsədəuyğun hesab edilməsi qərara alınıb.

DUİ SŞ iyunun 24-də Türklük günü münasibətilə milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət etmək və KXCP-nin qərargahında anım tədbirin keçirilməsinə də qərar verib.

Toplantıda DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR