Bank Of Baku

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
# 17 iyun 2010 14:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Komitə üzvü Zahid Oruc APA-ya açıqlamasında iclasda iki məsələnin müzakirə olunduğunu deyib. Deputat iclasda, əvvəlcə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsinin ikinci oxunuş üçün müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən qanun layihəsi yüksək qiymətləndirilərək, parlamentin iclasında ikinci oxunuşda müzakirə olunmaq üçün tövsiyə edilib.
Z. Oruc iclasda MBD iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizə ilə bağlı əməkdaşlığına dair Müqavilə layihəsinin də müzakirə edildiyini deyib: “Azərbaycan hökumətinin xüsusi şərtlərlə qoşulduğu bu müqavilə 1999-cu ildə imzalanıb. Ötən dövrdə sənəd üzərində ciddi iş aparılıb. Azərbaycanın şərtləri sənədə əsasən MDB məkanında yaradılacaq antiterror birləşməsinin öz ərazisində əməliyyat aparmasına icazə verməməsi ilə bağlıdır. Bu sənədin bir neçə bəndində nəzərdə tutulur ki, sözügedən aniterror mərkəzi xüsusi vacib hallarda Müqaviləyə üzv dövlətin icazəsini gözləmədən onun sərhədini keçə və terrorçuluğa qarşı mübarizə apara bilər. Azərbaycan bu maddəni qəbul etmədən sənədin ratifikasiyana razılıq verir” .
Komitə üzvü müzakirələrdən sonra sənədin parlamentin plenar iclasına tövsiyə edildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR