Bank Of Baku

Milli Məclisdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu layihəsinin üçüncü oxunuşda müzakirəsi başlanıb

Milli Məclisdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu layihəsinin üçüncü oxunuşda müzakirəsi başlanıb
# 18 iyun 2010 10:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. APA-nın məlumatına görə, iclasda öncə, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov üçüncü oxunuşda müzakirəyə çıxarılan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu layihəsi barədə məlumat verib.
Müzakirələrdə çıxış edən millət vəkilləri İlyas İsmayılov və Pənah Hüseyn qanun layihəsində müəyyən nöqsanların olduğunu bildiriblər, Sabir Rüstəmxanlı isə bu qanun layihəsinin son dərəcə vacib sənəd olduğunu vurğulayıb.
Qeyd edək ki, parlamentin bu gün və iyunun 22-də keçiriləcək iclaslarında «Azərbaycanın 2010-cu il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə» qanun layihəsi də daxil olmaqla 31 qanun layihəsi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR