Bank Of Baku

KXCP Ali Məclisinin iclası keçirilib

KXCP Ali Məclisinin iclası keçirilib
# 19 iyun 2010 13:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin növbəti iclası keçirilib. KXCP-dən APA-ya verilən məlumata görə, iclasda Ali Məclisin sədri Zəlimxan Məmmədlinin tutduğu vəzifədən istefa verməsi ilə bağlı istefa ərizəsinə baxılıb və qəbul edilib.

Bundan sonra partiya sədri Mirmahmud Mirəlioğlu çıxış edərək, KXCP-nin fəaliyyəti, siyasi kursu və parlament seçkiləri qabağı atacağı addımlar haqqında danışıb.

İclasda yeni təsis edilən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə təbrik məktubu ünvanlanıb, “24 iyun – Türklük Günü” münasibətilə isə xalqa müraciət qəbul edilib.

Yığıncaqda Seçki Məcəlləsinə edilən dəyişikliklərə etiraz bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR