Bank Of Baku

AVCİYA Lənkəran və Lerikdə parlament seçkiləri ilə əlaqədar tədbir keçirib

AVCİYA Lənkəran və Lerikdə parlament seçkiləri ilə əlaqədar tədbir keçirib
# 21 iyun 2010 08:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Lənkəran və Lerikdə Milli Məclisə seçkilərlə əlaqədar növbəti tədbirini keçirib. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və qərargahın əməkdaşı Osman Ağayev məruzə ilə çıxış ediblər.

Seminarda seçki qərargahının parlament seçkiləri ilə əlaqədar hazırladığı fəaliyyət proqramı haqqında ətraflı məlumat verilib və hazırlanmış kitabçalar tədbir iştirakçılarına təqdim edilib. Tədbirlərdə həmçinin AVCİYA-nın Lənkəran şəhərində yerləşən regional ofisin işinin parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Növbəti tədbirin Oğuz və Zaqatala şəhərlərində keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR