Bank Of Baku

Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək
# 21 iyun 2010 09:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası iyunun 22-də keçiriləcək. APA-nın xəbərinə görə, iclasda Azərbaycan Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, Apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirə olunacaq. Bundan başqa, iclasda “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “Yol hərəkəti haqqında” qanunlara əlavə və dəyişikliyə münasibət bildiriləcək.
İclasda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihələri də müzakirə ediləcək. Sonuncu iclasın gündəliyinə “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi Müqaviləsinə qoşulmaq barəsində sənəd, Qax, Zaqatala rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri də daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR