Bank Of Baku

Demokratiya Uğrunda İttifaq iyulun 3-də növbəti etiraz aksiyasının keçirilməsi haqqında qərar qəbul edib

Demokratiya Uğrunda İttifaq iyulun 3-də növbəti etiraz aksiyasının keçirilməsi haqqında qərar qəbul edib
# 21 iyun 2010 12:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının (SŞ) növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda DUİ SŞ-da birgə kütləvi aksiyalarla bağlı müzakirələr aparılıb və iyulun 3-də növbəti etiraz aksiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Yığıncaqda DUİ-Müsavat məsləhətləşmələri ətrafında da müzakirələr aparılıb və bir sıra seçki dairələrində namizədlərin müəyyənləşdirilməsi istiqamətində razılaşma əldə edilib.
Toplantıda “24 iyun - Türklük Günü münasibətilə Əbülfəz Elçibəyin məzarının ziyarət olunması və iyunun 23-də isə KXCP-nin qərargahında Əbülfəz Elçibəyin anadan olmasının 72-ci ildönümü münasibəti ilə anım tədbirinin keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR