Bank Of Baku

QAT: Ermənistan danışıqlar prosesində maraqlı olmadığını bir daha nümayiş etdirir

QAT: Ermənistan danışıqlar prosesində maraqlı olmadığını bir daha nümayiş etdirir
# 22 iyun 2010 11:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) son günlər cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulması ilə bağlı bəyanat verib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Azərbaycan dövlətindən baş verənlərlə əlaqədar ciddi nəticələr çıxarılması istənilib: “Ermənistanın atəşkəsi bu şəkildə pozmaqla, danışıqlar prosesində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu hadisələr bir daha sübut edir ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həlli yoxdur. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəmir, hər dəfə danışıqlarda cüzi irəliləyiş əldə olunanda, dərhal müxtəlif vasitələrlə danışıqlar prosesini pozur”.

Bəyanatda o da qeyd olunub ki, cəbhə xəttində baş verən son hadisələr düşmənə qarşı azadlıq müharibəsinin başlanılmasını bir daha zəruri və qaçılmaz edir: “Azərbaycan Ordusu ləngimədən hərbi əməliyyatlara başlamalı, ermənilərin bütün oyunbazlıqlarına son qoymalı, torpaqlarımızı düşmənin işğalından azad etməlidir! Başqa yol yoxdur!”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR