Bank Of Baku

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyası Azərbaycanda səfərdədir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyası Azərbaycanda səfərdədir
# 22 iyun 2010 14:29 (UTC +04:00)
MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə M. Pənahov MSK-nın beynəlxalq qurumlarla, xüsusən də ATƏT-lə əlaqələrə önəm verdiyini bildirərək qarşıdan gələn seçkilərdə də sıx əməkdaşlıq edəcəklərini nəzərə çatdırıb.

MSK sədri seçki orqanlarının fəaliyyəti, qarşıdan gələn seçkilərlə bağlı komissiyanın gördüyü işlər və həyata keçirəcəyi layihələr barədə ətraflı məlumat verib. O, seçici siyahılarının yanvar ayının əvvəllərindən başlamış dəqiqləşdirilməsinin mayın sonunda başa çatdırıldığını vurğulayaraq bu prosesin davam etdiriləcəyini də diqqətə çatdırıb.

M. Pənahov qeyd edib ki, MSK aşağı seçki komissiyalarının fəaliyyətinin monitorinqini aparıb və seçki prosesinin ayrı-ayrı mərhələləri ilə bağlı normativ aktlar hazırlanıb. İyuldan etibarən isə dairə və məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda digər subyektlər üçün maarifləndirmə layihələrinin həyata keçirilməsinə başlanacaq.

Missiyanın üzvləri isə seçki komissiyalarının təşkili və iş prinsipləri, MSK-nın seçkiyə hazırlıq çərçivəsində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri ilə maraqlanıb.

Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı MSK ilə ATƏT arasında gələcək əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR