Bank Of Baku

AMİP-in qurultayının vaxtı təyin olunub

AMİP-in qurultayının vaxtı təyin olunub
# 22 iyun 2010 16:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiyanın 10-cu qurultayına hazırlıq, Dağlıq Qarabağ problemi, parlamentin Seçki Məcəlləsinə və “Hüquqi-normativ aktlar haqqında” qanuna etdiyi son düzəlişlər, eləcə də ölkədəki mövcud durum müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq AMİP-in növbəti X Qurultayının 10 iyul 2010-cu il tarixdə çağırılması qərara alınıb.

Siyasi Şura Seçki Məcəlləsinə edilən son düzəlişləri qeyri-məqbul sayıb, “Hüquqi-normativ aktlar haqqında” qanuna edilən əlavələrin Konstitusiyaya zidd olduğu qənaətinə gəlib.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqları, prezidentlərin Sankt-Peterburqdakı görüşünü diqqətdən keçirən Siyasi Şura hesab edib ki, münaqişənin həlli Azərbaycan xalqının iradəsi ilə hərbi-siyasi yoldur. Eyni zamanda son dövrlər atəşkəs rejiminin Ermənistan tərəfindən mütəmadi olaraq pozulmasını Siyasi Şura düşmən tərəfinin təxribatı, sülh prosesini pozmaq cəhdi kimi qiymətləndirib.

Ölkədəki mövcud durumdan narahat olan AMİP Siyasi Şurası böhrandan çıxmaq üçün hökumətdən təxirəsalınmaz tədbirlər görməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR