Bank Of Baku

YAP sədrinin müavini: “Azərbaycan hakimiyyəti seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi istiqamətdə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək”

YAP sədrinin müavini: “Azərbaycan hakimiyyəti seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi istiqamətdə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək”
# 22 iyun 2010 16:35 (UTC +04:00)
Bakı – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun seçki departamentinin rəhbəri Nikolas Kaçorovskini partiyanın mənzil qərargahında qəbul edib. APA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq, eləcə də Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişiklərlə bağlı fikir mübadiləsi aparılıb. Ə. Əhmədov bildirib ki, Seçki Məcəlləsinə əlavə və dəyişiklər edilməsində başlıca məqsəd seçki praktikasını inkişaf etdirmək, Azərbaycanda seçki praktikasını təkmilləşdirmək və onu dünya təcrübəsinə maksimum uyğunlaşdırmaqdır. O, daha sonra bildirib ki, hakimiyyət bu seçkilərin də şəffaf, demokratik və ədalətli şəkildə keçirilməsində maraqlıdır və bu istiqamətdə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.

Öz növbəsində, N. Kaçorovski seçki məsələləri ilə bağlı Azərbaycan tərəfindən açıq və səmimi münasibətlərə görə təmsil etdiyi qurum adından təşəkkürünü bildirib.

Görüşdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun seçki mütəxəssisi Conatan Stronstrit və ATƏT-in Bakı Ofisinin demokratikləşmə şöbəsinin rəhbəri, xanım Jaklin Karpenter də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR