Bank Of Baku

Prezident İlham Əliyev Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb
# 22 iyun 2010 23:37 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb.

APA-nın AzərTAc agentliyinə istinadən verdiyi xəbərə görə sərəncamda deyilir ki, 2010-cu ilin avqust ayında müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun anadan olmasının 80 ili tamam olur.
Sərəncamda qeyd olunub ki, görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Toğrul Nərimanbəyovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR