Bank Of Baku

Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib

Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib
# 23 iyun 2010 08:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Azərbaycanda milli mətbuatın 135 iliyinin geniş qeyd olunması ilə bağlı prezidentin imzaladığı sərəncamda PA-ya, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Mətbuat Şurasına birgə tədbirlər planı hazırlamaq, mətbuat sahəsində xüsusi seçilən mətbuat orqanlarına və nümayəndələrinə prezident mükafatları verilməsi ilə bağlı tapşırıqlar verilib.

Şöbə müdirinin sözlərinə görə, bu sərəncam əsasında PA rəhbəri Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib və artıq icraya yönəldilib: “Bununla yanası, mərkəzi, yerli, icra hakimiyyətləri orqanlarına sərəncamdan irəli gələn məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib. Bu günlərdə həmin tapşırıqların icrasına başlanacaq. Yaxın zamanlarda isə bütün respublika ərazisində milli mətbuatın inkişafı ilə bağlı xüsusi tədbirlər keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR