Bank Of Baku

YAP parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını seçki prosesinə rəsmi start veriləndən sonra açıqlayacaq

YAP parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını seçki prosesinə rəsmi start veriləndən sonra açıqlayacaq
# 23 iyun 2010 12:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Yeni Azərbaycan Partiyası parlament seçkilərinə qatılacaq namizədlərinin müəyyənləşdirilməsi istiqamətində işləyir. Namizədlərimizi seçki prosesinə rəsmi start veriləndən sonra açıqlayacağıq”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. Hakim partiya funksionerinin sözlərinə görə, namizədlərin adlarının əvvəlcədən açıqlanıb-açıqlanmaması o qədər də önəmli deyil. M. Qurbanlı YAP-da parlament seçkiləri ilə bağlı hazırlıq işlərinin davam etdirildiyini bildirib. İcra katibinin müavini deyib ki, seçkiyə hazırlıqla bağlı lazımi işlər həyata keçirilir: “Bizim seçkiyə hazırlıq proqramımız var. Hər bir iş proqrama uyğun görülür” .

M. Qurbanlı artıq bir çox siyasi təşkilatların seçkiyə qatılacaq namizədlərinin adlarını açıqlamasına da münasibət bildirib: “Hər bir siyasi təşkilatın namizədlərini elan etməsi məsələsində öz taktikası var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR