Bank Of Baku

BAXCP üzvləri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər

BAXCP üzvləri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər
# 24 iyun 2010 11:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri (BAXCP) Əbülfəz Elçibəyin doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev bildirib ki, Ə. Elçibəy Azərbaycanın ən böyük tarixi şəxsiyyətlərindən biridir və Azərbaycan yaşadıqca onun xatirəsi xalqın yaddaşında qalacaq: “Əbülfəz bəyin xidmətlərinin üzərinə kölgə salmaq, onu unutdurmaq istəyənlər də var. Amma mən əminəm ki, heç kim buna nail olmayacaq. Necə ki, indiyə qədər nail ola bilməyiblər. İnsanlar ayrı-ayrı zamanlarda öz hisslərini, ehtiramlarını açıq ifadə etməyə bilərlər. Bütün bunlara baxmayaraq, Əbülfəz bəy insanların qəlbində, Azərbaycan gəncinin şüurunda yaşayır”. Q. Həsənquliyev Ə. Elçibəyin həyatının gənclər üçün örnək olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR