Bank Of Baku

ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə Azərbaycanda parlament seçkilərinə həsr olunmuş tədbir keçirilib

ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə Azərbaycanda parlament seçkilərinə həsr olunmuş tədbir keçirilib
# 25 iyun 2010 09:04 (UTC +04:00)
APA-nın xəbərinə görə, ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel çıxışında deyib ki, son beş ildə ilk dəfədir ki, Azərbaycanın müxalifət partiyaları seçkilərdə iştirak edəcəklərini bəyan edib. Bu seçkilərin Azərbaycanın demokratik inkişafında böyük rol oynayacağını bildirən səfir seçkilərlə bağlı üç əsas məqamın olduğunu deyib - seçki komissiyalarının tərkibi, sərbəst toplaşmaq azadlığı ilə bağlı vəziyyət, seçki kampaniyasının KİV-də işıqlandırılması və namizədlərin bu imkanlardan istifadə etməsi. Ə. B. Cankorel qeyd edib ki, seçki komissiyalarının tərkibində dəyişiklik olsaydı, onlara ictimai inam daha da artardı.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki komissiyalarının tərkibinə yenidən baxılması ilə bağlı tövsiyələrini xatırladan səfir bildirib ki, Mərkəzi Seçki Komissiyasında 2, Dairə Seçki komissiyalarında 125, 5169 seçki məntəqəsinin isə hər birində bir yer müxalifətə məxsusdur və hazırda boykot olunduğu üçün boşdur.

Ə. B. Cankorel son bir ayda sərbəst toplaşmaq cəhdlərinin qarşısının alındığını, buna əsas kimi, təklif olunan yerlərin qanuna uyğun olmamasının göstərildiyini deyib.

Seçki Məcəlləsinə edilən son dəyişikliklərə toxunan səfir namizədlərə həm milli, həm də regional kanallarda öz təbliğatlarını aparmaq üçün imkan yaradılmasının vacibliyini vurğulayıb.

Sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR