Bank Of Baku

Prezident Administrasiyasının şöbə müdiri həbsdə olan jurnalistlərin əfvinin mətbuat günü ilə əlaqələndirilməsini düzgün saymır

Prezident Administrasiyasının şöbə müdiri həbsdə olan jurnalistlərin əfvinin mətbuat günü ilə əlaqələndirilməsini düzgün saymır
# 25 iyun 2010 12:22 (UTC +04:00)
Ə. Həsənov bildirib ki, milli mətbuat gününün qeyd olunması münasibətilə prezident tərəfindən sərəncam imzalanıb: “Bu sərəncamda müvafiq qurumlara tövsiyələr verilib ki, mətbuatın 135 illiyi geniş şəkildə qeyd olunsun, jurnalistlərin fəaliyyəti araşdırılsın, onların dəyərli nümayəndələrinə mükafatlar təqdim edilsin. Jurnalistlərin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də bəzi tədbirlər görülür”.

Ə. Həsənov onu da qeyd edib ki, vətəndaşların əfv məsələsi ilə Prezident yanında Əfv Komissiyası məşğul olur: “O ki qaldı jurnalistlərin əfvinə, bu məsələ də Əfv Komissiyasının səlahiyyətinə aiddir. Komissiyaya müraciətlər fərdi şəkildə edilir. Əfv məsələsinin mətbuat ünü ilə bağlanması isə məqbul deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR