Bank Of Baku

YAP gəncləri Azərbaycan prezidentinə müraciət qəbul edib: “Sizin çağırışınızla müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hazırıq”

YAP gəncləri Azərbaycan prezidentinə müraciət qəbul edib: “Sizin çağırışınızla müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hazırıq”
# 25 iyun 2010 14:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözlər Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin toplantısında Azərbaycan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciətdə əksini tapıb.

Müraciətdə bildirilir ki, yaranmasının 92-ci ildönümünü qeyd olunan Azərbaycan Silahlı Qüvvələri ağır və mürəkkəb bir dövrdə, müharibə od-alovunda yaranaraq möhkəmlənib və şərəfli tarixi yol keçib: “İftixarla qeyd edə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu kimi nəinki ölkəmizin təhlükəsizliyinə, habelə bölgədə sülhə və əmin-amanlığa ən böyük təminatdır. Bu gün Sizin həyata keçirdiyiniz nəhəng islahatlar nəticəsində respublikamızda sosial-iqtisadi sahədə əldə olunan böyük uğurlar Vətənimizin hərbi qüdrətinin artmasına və hücumçu diplomatiya kursunuzun səmərəli şəkildə həyata keçirilməsinə əhəmiyyətli zəmin yaradıb. Bu gün Azərbaycan xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər bir üzvü Sizin çağırışınızla müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR