Bank Of Baku

Azərbaycan prezidenti Lerik rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Lerik rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub
# 25 iyun 2010 14:40 (UTC +04:00)
Lerik – APA. Lerik rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. APA-nın məlumatına görə, prezident rayonda aparılan abadlıq-quruculuq işlərini və turizm potensialını əks etdirən fotostendlərə baxıb.

Bildirilib ki, rayonun coğrafi baxımdan əlverişli yerdə yerləşməsi və yüksək turizm potensialına malik olması ilə əlaqədar son illər onlarla yeni istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib.

Prezident İ. Əliyev məktəblilərin əl işləri, dekorativ sənət əsərləri və rəsmlərdən ibarət sərgiyə baxıb.

Dövlət başçısı rayonda istehsal olunan kənd təsərrüfatı malları və istehsal müəssisələrinin məhsullarının sərgisi ilə də tanış olub. Sərgidə mineral sular, arıçılıq məhsulları, musiqi alətləri, taxtadan hazırlanan müxtəlif məişət əşyaları, mebel, Lerikin tarixini əks etdirən və rayon ərazisində aşkarlanan qədim əşyalar, xalq sənətkarlıq nümunələri, habelə qum-çınqıl və kərpic zavodlarının məhsulları nümayiş olunur.
Rayonda təbii üsullarla hazırlanmış bitki mənşəli dərmanlar sərgidə maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR