Bank Of Baku

Azərbaycan prezidenti Lerik Mərkəzi Rayon Xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Lerik Mərkəzi Rayon Xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub
# 25 iyun 2010 15:09 (UTC +04:00)
Bakı – APA. Lerikdə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Rayon Xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. APA-nın məlumatlna görə, məlumat verilib ki, 4 mərtəbəli binanın ümumi sahəsi 2100 kvadratmetdir. 90 çarpayılıq xəstəxana hər cür müasir tibbi avadanlıqla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunub. Burada 200-ə yaxın həkim və tibb personalı əhaliyə xidmət göstərəcək.

Səhiyyə ocağında poliklinika, qəbul, infeksion, terapiya, doğuş-ginekologiya, cərrahiyyə, reanimasiya və intensiv terapiya, uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərir. Burada ultrasəslə müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları, ümumi və biokimyəvi laboratoriya, reanimasiya və cərrahiyyə şöbələrində 20 çarpayılıq 12 palata var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR