Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib
# 28 iyun 2010 10:20 (UTC +04:00)
Bakı - APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının bu gün növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.

DUİ SŞ ABŞ, Fransa və Rusiya prezidentlərinin Qarabağ probleminin həlli ilə bağlı bəyanatında bir sıra məqamların (referndum, sülhməramlı qüvvələr və s.) Azərbaycanın milli və dövlət maraqlarına zidd olduğu üçün qəbuledilməz olduğunu bildirib, kəskin etirazını ifadə edib.

DUİ SŞ Türkiyə Cümhuriyyətində PKK-nın terror aktllarını pisləyib.

DUİ SŞ ATƏT-in Bakı ofisinin rəhbəri 2010-cu il parlament seçkiləri bağlı fəaliyyətini dəstəklədiyini vurğulayıb. ATƏT üzvü olan ölkələrin Bakı səfirləriylə birlikdə keçirdiyi tədbirdə səsləndirdiyi fikirləri müdafiə edib, bu istiqamətdəki fəaliyyətini gücləndirməyə çağırıb.

DUİ SŞ 03 iyul 2010-cu il tarixində keçiriləcək mitinqə hazırlıqla bağlı məsələni də müzakirə edib, bununla bağlı rayon (şəhər) şöbələrinin müşavirəsini keçirmək haqda qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR