Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib
# 28 iyun 2010 16:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda iyulun 3-də partiyanın Bakıda keçirmək istədiyi mitinqə hazırlıqla bağlı müzakirələr aparılıb.

Mitinqin keçiriləcəyi yer barədə konkret qərar qəbul edilməsə də, təklif olunan ərazilər barədə dəyərləndirmələr aparılıb. Həmçinin iclasda AXCP-nin iyulun 10-na təyin etdiyi aksiyanı həmin ayın 3-nə keçirməsi və AXCP ilə bu barədə müzakirələrin aparılması da məqsədəuyğun sayılıb. Mitinqə hazırlıq çərçivəsində partiya başqanı İsa Qəmbərin iyulun 1-də saat 17:00-da partiya fəalları ilə planlaşdırılan görüşü ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, AXCP iyulun 10-da Bakıda keçirmək istədiyi mitinqini iyulun 3-nə keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR