Bank Of Baku

Albaniya parlamentinin sədri İçərişəhərlə tanış olub

Albaniya parlamentinin sədri İçərişəhərlə tanış olub
# 30 iyun 2010 14:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Albaniya parlamentinin sədri Jozefina Topalli bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu barədə ətraflı informasiya təqdim edilib. Albaniyalı qonağın İçərişəhərlə tanışlığı çoxəsrlik tarixi olan Şirvan dövləti hökmdarlarının son iqamətgahı “Şirvanşahlar” saray kompleksi ilə başlayıb. Qonağın İçərişəhərlə tanışlığı Bakı şəhərinin simvoluna çevrilmiş, dünya əhəmiyyətli abidə Qız qalası ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR