Bank Of Baku

“Azadlıq” blokuna daxil olan partiyaların rəhbərləri Piter Semnebi ilə görüşüblər

“Azadlıq” blokuna daxil olan partiyaların rəhbərləri Piter Semnebi ilə görüşüblər
# 30 iyun 2010 16:17 (UTC +04:00)
Bakı - APA. İyunun 30-da “Azadlıq” blokuna daxil olan partiyaların (VİP, ALP və AXCP) rəhbərləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüblər.

VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, VİP sədri Əli Əliyev, ALP-nin sədr əvəzi Əvəz Temirxan və AXCP sədri Əli Kərimli Aİ təmsilçisi ilə bir sıra mühüm məsələləri müzakirə ediblər. “Azadlıq” blokunun liderləri ölkədəki mövcud ictimai-siyasi və seçkiöncəsi şəraiti P.Semnebinin diqqətinə çatdırıblar.

Görüşdə eyni zamanda beynəlxalq qurumların Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli keçirilməsinə və ümumiyyətlə, ölkədə demokratikləşmə prosesinə verə biləcəkləri dəstək də müzakirə olunub. Tərəflər Azərbaycan-Aİ münasibətlərinin perspektivi ilə bağlı fikir mübadiləsi də aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR