Bank Of Baku

Əli Əhmədov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
# 30 iyun 2010 16:41 (UTC +04:00)
Bakı - APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Polşanın Azərbaycandakı səfiri Kristov Krayevski ilə görüşüb.

APA-nın YAP-ın saytına istinadən xəbərinə görə, partiyanın mənzil qərargahında keçirilən görüşdə Azərbaycanla Polşa arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında strateji əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək.

Xatırladaq ki, Polşanın Azərbaycandakı səfiri Kristov Krayevskinin səlahiyyət müddəti iyul ayında başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR