Bank Of Baku

Fazil Qəzənfəroğlu: “Əli Kərimli və ətrafının hakimiyyətə qarşı mübarizəsi imitasiyadır”

Fazil Qəzənfəroğlu: “Əli Kərimli və ətrafının hakimiyyətə qarşı mübarizəsi imitasiyadır”
# 01 iyul 2010 13:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Böyük Quruluş Partiyasının (BQP) Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərinin siyahısı bu ayın sonuna qədər müəyyənləşəcək. BQP başqanı Fazil Qəzənfəroğlu APA-ya bildirib ki, hazırda partiya namizədlərinin müəyyənləşdirilməsi mərhələsindədir. O, əməkdaşlıq etdikləri partiyalarla seçki ilə bağlı qeyri-rəsmi şəkildə müzakirələr apardıqlarını da deyib.

BQP sədri hakimiyyətin siyasi kursunu dəstəkləməsi ilə bağlı mətbuatda yazılanlara da münasibət bildirib. F. Qəzənfəroğlu deyib ki, həmin məqalə bir nəfərin mətbuatda olan nökərinin melodiyası kimi qiymətləndirilməlidir: “Onlar müstəqil mətbuat anlayışından çox uzaqdadırlar. Onlar Əli Kərimlinin tabeliyində olan “Roma qulları”nın vəziyyətdədirlər. Buna görə də onların nə yazması ciddi əhəmiyyət daşımır”.

F. Qəzənfəroğlu onu da qeyd edib ki, kim hakimiyyətə işləmək, satqınlıq fəlsəfəsini öyrənmək istəyirsə, Əli Kərimlinin 1995-ci ildən bu günə qədərki həyat yolunu dərindən izləyib araşdırsın: “Onda anlayarlar ki, bu fəlsəfəni kim yaradıb. Ona görə də bu adamların belə fikirlər irəli sürmələri mənəviyyatsızlıqdır. Bu adamlar nəinki Əbülfəz Elçibəyə, bütövlükdə öz yoldaşlarına satqın çıxmış, xəyanət etmiş insanlardır. Azərbaycanda satqınlıq, xəyanət, mənəviyyatsızlıq deyəndə, hamının nəzərinə ilk olaraq Əli Kərimli gəlir. Müxalifətin əməkdaşlığı çərçivəsində belə adamlarla bir yerdə olmaq aşağılayıcı, utandırıcı bir amil olar. Belə adamlarla birgə olmağımız mümkün deyil. Əli Kərimli və ətrafının hakimiyyətə qarşı mübarizəsi imitasiyadır, saxtadır. Öz liderini, dostlarını satmış bir adamı bu gün müxalifətin lideri obrazında parlatmaqla Azərbaycan cəmiyyətindən dəstək almaq olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR