Bank Of Baku

Milli Məclisin yaz və növbədənkənar sessiyası dövründə 120 qanun və qərar layihəsi qəbul olunub

Milli Məclisin yaz və növbədənkənar sessiyası dövründə 120 qanun və qərar layihəsi qəbul olunub
# 02 iyul 2010 12:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin yaz və növbədənkənar sessiyası müddətində 14 iclas keçirilib, bu iclaslarda 120 qanun və qərar layihəsi qəbul olunub. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin yaz və növbədənkənar sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. Vitse-spiker deyib ki, ötən müddətdə parlament bir sıra mühüm sənədləri ratifikasiya edib. Bu müddətdə dövlət büdcəsinə əlavə və dəyişikliklər edilib, hərbi doktrina qəbul olunub, eyni zamanda ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib: “Bundan başqa, parlament bir sıra beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə təmsil olunub. Bir çox ölkələrin qanunverici orqanlarının rəhbərləri Azərbaycan parlamentinə səfər ediblər”.

B. Muradova deyib ki, yaz və növbədənkənar sessiyası müddətində Milli Məclisə 2691 ərizə və təklif daxil olub, 2800-dən artıq vətəndaş qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR