Bank Of Baku

Bahar Muradova: “Biz terrordan əziyyət çəkən ölkəyik və hər zaman da terrora qarşı mübarizənin tərəfdarı kimi çıxış edirik”

Bahar Muradova: “Biz terrordan əziyyət çəkən ölkəyik və hər zaman da terrora qarşı mübarizənin tərəfdarı kimi çıxış edirik”
# 02 iyul 2010 13:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycan terrora münasibətini hansısa təşkilatın üzərində formalaşdırmayıb. Biz terrordan əziyyət çəkən ölkəyik. Hər zaman da terrora qarşı mübarizənin tərəfdarı kimi çıxış edirik” . APA-nın xəbərinə görə, bunu Milli Məclisdə keçirilən mətbuat konfransında parlamentin sədr müavini Bahar Muradova PKK-nın terrorçu təşkilat kimi tanınmamasına aydınlıq gətirərkən bildirib: “İstər PKK, istərsə də erməni terror təşkilatları olsun, fərqi yoxdur, Azərbaycan insanlığa qarşı yönələn istənilən aksiyanı pisləyir və öz mövqeyini dəfələrlə bəyan edib”.

Mətbuat konfransında iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrail-Azərbaycan münasibətlərinə toxunub. Onun sözlərinə görə, İsraillə Türkiyə arasında baş verən bu gərginliyə Azərbaycan prezidenti tərəfindən münasibət açıqlanıb: “Bizim mövqeyimiz dövlət başçısının münasibətində əks olunub və bu sahədə heç bir dəyişiklik yoxdur” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR