Bank Of Baku

Əli Əliyev: “Əli Kərimli və Əvəz Temirxanla görüşdə vahid mövqeyə gələ bilmədik”

Əli Əliyev: “Əli Kərimli və Əvəz Temirxanla görüşdə vahid mövqeyə gələ bilmədik”
# 02 iyul 2010 14:28 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Ə. Əliyevin sözlərinə görə, dünən rəhbərlik etdiyi partiyanın Siyasi Şurasının iclası olub, iclasda ona “Azadlıq” blokunun gələcək taleyi ilə bağlı qərar qəbul etmək səlahiyyəti verilib. Partiya sədri yaxın günlərdə öz mövqelərin ifadə edəcəyini deyib: “Bir neçə gün əvvəl Əli Kərimli, Əvəz Temirxan və mənim aramda görüş olub. Biz blokdakı vəziyyəti müzakirə etmişik. Hər kəs öz fikrini bildirib. Təəssüf ki, vahid mövqeyə gələ bilməmişik. Belə vəziyyətdə isə effektli fəaliyyət mümkün olmur. Ancaq biz hər hansı qərar qəbul etməmişik. Yəqin bu baş verəndə ictimaiyyət biləcək. Digər tərəfdən, problemin geniş ictimai-müzakirəsinin tərəfdarı deyilik”.

“Azadlıq” blokunun digər üzvü olan AXCP sədrinin müavini Nurəddin Məmmədli isə blok daxilində hansısa problemin yaşandığından xəbərsiz olduğunu deyib: “Hansısa bir problem varsa, bunu həll eləmək lazımdır”.

Ə. Temirxan isə məsələ ilə bağlı danışmaq istəməyib: “Blokdaxili mübahisələrin mətbuata açıqlanmasının əleyhinəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR