Bank Of Baku

Prezident İlham Əliyev Bakının Fəvvarələr Meydanında aparılmış yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev Bakının Fəvvarələr Meydanında aparılmış yenidənqurma işləri ilə tanış olub
# 02 iyul 2010 16:14 (UTC +04:00)
Bakı-APA. İyulun 2-də Bakının Fəvvarələr meydanı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada aparılmış yenidənqurma işləri ilə tanış olublar. Yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilib. Fəvvarə, pavilyon və köşklər yenidən qurulub, bitki aləmi qorunub, yenidənqurma mərhələsində yaşıllıq zolağının sahəsi artırılıb. Fəvvarələr meydanı salınandan sonra ilk dəfə aparılan abadlıq və yenidənqurma işləri zamanı Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Fəvvarə” restoran-kafesində yaradılan şəraitlə də tanış olublar. Dövlət başçısına meydanı əhatə edən binalarda aparılan bərpa və tikinti işləri barədə məlumat verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt sakinlərinin “kitab pasajı” kimi tanıdığı ərazidə aparılan yenidənqurma işləri ilə də tanış olublar. Dövlət başçısı “Xəqani” bağında aparılmış yenidənqurma işləri ilə də maraqlanıb, Nizami küçəsində salınan yeni parka və ərazidə yaradılan fəvvarəyə də baxıb, küçədə davam edən bərpa işlərinin gedişi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR