Bank Of Baku

MSK maarifləndirmə tədbirlərini davam etdirir

MSK maarifləndirmə tədbirlərini davam etdirir
# 05 iyul 2010 13:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn parlament seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi ilə əlaqədar iyulun 7-də növbəti tədbir keçirəcək.

Avropa Şurasının Venesiya Komissiyası ilə birgə təşkil olunacaq tədbir dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri üçün nəzərdə tutulub. İki gün davam edəcək tədbirdə MSK-nın və Venesiya Komissiyasının mütəxəssisləri məruzələr edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR