Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı təyyarəçi Famil Məmmədlinin xatirəsinin əbədiləşdirilməsini təklif edib

Qarabağ Azadlıq Təşkilatı təyyarəçi Famil Məmmədlinin xatirəsinin əbədiləşdirilməsini təklif edib
# 05 iyul 2010 13:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) dövlət başçısı İlham Əliyevə müraciət edib. QAT mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, QAT rəhbərliyi müraciətində bu ilin mart ayında qəzaya uğramış təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdıraraq onlarla dinc sakinin həyatını xilas etmiş və qəhrəmanlıqla həlak olmuş Azərbaycan ordusunun pilotu Famil Məmmədliyə fəxri adın verilməsi, xatirəsinin əbədiləşdirilməsi xahiş edib. Müraciətdə F. Məmmədlinin 2010-cu il martın 4-də qəzaya uğramış təyyarəni Tovuz rayonunun Aşağı Ayıblı kəndindən uzaqlaşdırdığı, dinc əhalinin ölümünə imkan vermədiyi qeyd olunub. QAT zabitin əsl Azərbaycan əsgərinə, zabitinə layiq hərəkət etdiyini bildirib və bunun bütün gənclər üçün örnək olduğunu vurğulayıb. Müraciətdə bildirilir ki, F. Məmmədlinin şücaətinin qiymətləndirilməsi ordunun döyüş ruhuna, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinə müsbət göstərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR