Bank Of Baku

Qarabağ İctimai Forumunun fəaliyyət proqramı hazırdır

Qarabağ İctimai Forumunun fəaliyyət proqramı hazırdır
# 05 iyul 2010 14:25 (UTC +04:00)
Bakı-APA. “Qarabağ İctimai Forumunun fəaliyyət proqramı artıq müzakirələr üçün hazırdır”. Qurumun sədri seçilmiş Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu APA-ya bildirib ki, fəaliyyət planında ilkin olaraq ilin sonuna qədər görüləcək işlər nəzərdə tutulub: “Qarabağ İctimai Forumunun qurucularının təşəbbüslərinə uyğun olaraq əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında, Xarici İşlər Nazirliyində, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyində və sair aidiyyəti üzrə təşkilatlarda görüşlər planlaşdırılır”.

U. Rəhimoğlu vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə QHT-lərin və ictimaiyyətin münasibətini öyrənmək üçün sorğu keçiriləcəyini də qeyd edib: “Biz ikinci toplantıda qərara almışdıq ki, vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə QHT-lərin və ictimaiyyətin münasibətini öyrənək, cəmiyyətin narahatçılığını müəyyənləşdirək. Yəni bilmək istəyirik ki, cəmiyyət görülən işlər barədə nə düşünür. Əvvəlcə onların rəyini öyrənərək əsaslı bir araşdırma aparmaq niyyətindəyik. Bunun üçün Foruma daxil olan təşkilatların və şəxslərin iştirakı ilə sorğu blankı hazırlanıb. Yaxın günlərdə Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün ölkəmizdə fəaliyyət göstərən QHT-lər və müstəqil ekspertlər arasında sorğuya başlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR