Bank Of Baku

Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib
# 05 iyul 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Müsavat Partiyası və DUİ-nin, eləcə də AXCP-nin iyulun 3-də keçirdiyi kütləvi aksiyalar müzakirə edilib. Bu kütləvi tədbirləri yüksək qiymətləndirən Müsavat Divanı gələcək kütləvi aksiyalar barəsində də fikir mübadiləsi aparıb. Aksiyaların davam etdirilməsinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu məsələ ilə bağlı müttəfiqlərlə və partiyadaxili məsləhətləşmələrdən sonra qərar veriləcək.

Toplantıda ABŞ Dövlət Katibi Hillari Klintonun Bakı səfəri müzakirə olunub. Müsavat Partiyası Divanı son vaxtlar soyuqlaşan ABŞ - Azərbaycan münasibətləri fonunda bu səfərin prinsipial əhəmiyyətə malik olduğunu və müsbət dəyişikliklərə səbəb olacağına inandığını qeyd edib. Bununla yanaşı göstərilib ki, səfərin nəticələri haqqında – istər Qarabağ problemi, istər demokratiya, istərsə də digər həlli vacib məsələlər barədə o zaman konkret danışmaq mümkün olacaq ki, hər iki tərəf müzakirə edilən məsələlərin gerçəkləşməsi istiqamətində konkret addımlar atsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR