Bank Of Baku

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 05 iyul 2010 14:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə reallaşan səfəri müzakirə edilib. ADP səfəri ümumilikdə müsbət qiymətləndirsələr də, Klintonun Bakıda və İrəvanda siyasi müxalifətlə görüşməməsinə, demokratiyaya dair qəti mesajlar verməməsinə görə səfəri əhəmiyyətsiz bir səfər kimi qiymətləndirib. ABŞ Konqresinin Ermənistana və Azərbaycanın işğal altında olan ərazisinə-Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsinə dair qərarını qətiyyətlə pisləyən İdarə Heyəti hesab edir ki, bu addımı ilə ABŞ ermənilərin danışıqlarda konstruktiv mövqedə durmasına imkan vermir və separatizm meyllərinin güclənməsinə səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR