Bank Of Baku

Lalə Şövkət Norveç səfiri ilə görüşüb

Lalə Şövkət Norveç səfiri ilə görüşüb
# 05 iyul 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberqlə onun diplomatik missiyasının başa çatması ilə əlaqədar görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı Azərbaycan-Norveç münasibətləri, Azərbaycanda ümumi ictimai-siyasi vəziyyət, dünyada və regionda geosiyasi durum, Azərbaycanda siyasi məhbuslar, demokratiya və insan hüquqları müdafiəsi problemləri, 2010-cu il parlament seçkiləri haqqında fikir mübadiləsi aparılıb. Görüşdə ALP-nin sədr əvəzi Əvəz Temirxan da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR