Bank Of Baku

Mübariz Əhmədoğlu: “Azərbaycan müstəqil, hücumçu və qətiyyətli mövqe tutur”

Mübariz Əhmədoğlu: “Azərbaycan müstəqil, hücumçu və qətiyyətli mövqe tutur”
# 06 iyul 2010 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) iyun ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mətbuat konfransı keçirən mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı ciddi və kəskin sanksiyalar nəzərdə tutan qətnamə qəbul etməsindən sonra Türkiyə və Braziliyanın birgə səyi ilə Tehranda imzalanmış müqavilə öz əhəmiyyətini itirib.

Qafqazda cərəyan edən ictimai-siyasi hadisələrdən danışan politoloq qeyd edib ki, ötən ay Dağlıq Qarabağda atəşkəsin pozulması nəticəsində erməni ordusunun zəif cəhətləri üzə çıxıb: "Ermənilər iddia edirlər ki, Azərbaycan iyun ayında 220 dəfə atəşkəsi pozub. Artıq erməni ordusunun üzləşdiyi itkiləri gizlətmək mümkün deyil. Cəmi bir neçə gün ərzində ermənilər Füzuli istiqamətində 1, Ağdam istiqamətində isə 4 hərbçi itiriblər. Bu müddət ərzində biri ölümcül olmaqla dörd erməni hərbçisi yaralanıb. Erməni ordusunun məğlubedilməzliyi haqda cəfəngiyatlara artıq bu ölkənin prezidenti, müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi də inanmır”.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Bakının mövqeyindəki dəyişikliklərin konturlarının aydınlaşdığını deyən M. Əhmədoğlunun sözlərinə görə, Azərbaycan müstəqil, hücumçu və qətiyyətli mövqe tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR