Elmira Süleymanova azərbaycanlı hərbi qulluqçunun cəsədinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciət edib
Elmira Süleymanova müraciətində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və girov götürülüb, itkin düşüb ki, onların əksəriyyətinin yeri hələ də məlum deyil: “Bütün bunlar beynəlxalq humanitar hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn bir hissəsi olan Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyalarının pozulmasıdır. 1994-cü ildən atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq atəşkəs rejimini pozur, bu da öz növbəsində Azərbaycan tərəfindən insan itkiləri ilə nəticələnir. Belə hallar ATƏT nümayəndələrinin keçirdikləri monitorinq zamanı da müşahidə olunub. Bundan başqa, atəşkəs rejimi dövründə Ermənistan tərəfindən cəbhə xətti boyunca yaşayan dinc sakinlərin girov götürülməsi, onların sayının gizlədilməsi, azərbaycanlı mülki əhaliyə maddi ziyan vurulması (atəşə tutma, yaşayış binalarının, kənd təsərrüfatı texnikalarının dağıdılması və s.) kimi pozuntulara yol verilir.
Son dövrlər isə cəbhə xəttində erməni hərbçiləri tərəfindən qətlə yetirilən Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının cəsədlərinin vaxtında verilməməsi cəmiyyətdə böyük narazılıq və narahatlıq doğurur”.
Elmira Süleymanova müraciətində qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimov cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən qətlə yetirilib, lakin hələ də onun cəsədi Azərbaycan tərəfinə verilməyib. Bu isə onun ailə üzvlərinin ağır psixoloji sarsıntıya məruz qalmasına səbəb olub: “Mandatınız çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun cəsədinin mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmağınızı Sizdən xahiş edirəm”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var - FOTO
FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Baş Prokurorluq İsmayıllıda seminar keçirib - YENİLƏNİB
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
Şamaxıda “Nəsimi Bağları”nda 150 mindən çox ağac və bitki əkilib - FOTO
General-mayor İsgəndər Allahverdiyev vəfat edib
Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər - VİDEO
Sabah 33 dərəcə isti olacaq
Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
Filippində məktəbdə atışma baş verib: 6 nəfər ölüb, 17 yaralı var - YENİLƏNİB
Azərbaycan millisinin heyəti açıqlanıb
Yeni təmayül modeli: məktəbini dəyişmək istəməyən şagirdlər və repetitorluğun alternativi - ARAŞDIRMA
Hörmüz boğazında tankerə hücum edilib
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO
FHN-in Muğan Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib - FOTO
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO
ADY: Orta Dəhliz üzrə yükdaşımaların artması lokomotiv parkının yenilənməsini zəruri edir
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İnam Kərimov Asiya-Sakit okean regionu Ali Məhkəmələri sədrlərinin konfransında iştirak edib
FHN sürücülərə müraciət edib
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
APA Group yeni mövsümə başlayıb - VİDEO
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb, aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir
Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV
Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinə media-tur təşkil edilib - FOTO
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
“Yelo Bank”ın Müşahidə Şurasına yeni təyinat olub
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
NBC News: Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Azərbaycan nefti 121 dollara satılıb
EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb
“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
Ötən gecə Moskva səmasında 64 Ukrayna dronu vurulub
Bu günün valyuta məzənnələri
Rusiyada Dövlət Dumasına seçkilər başlayıb