Bank Of Baku

Arif Hacılı: “Növbəti aksiyanın AXCP ilə birlikdə keçirilməsi barədə müzakirə aparılmayıb”

Arif Hacılı: “Növbəti aksiyanın AXCP ilə birlikdə keçirilməsi barədə müzakirə aparılmayıb”
# 06 iyul 2010 15:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqla (DUİ) birlikdə növbəti kütləvi aksiya keçirəcək. Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, bununla bağlı partiyada müzakirələr aparılıb və yaxın günlərdə aksiyanın yeri və vaxtı təyin ediləcək. A. Hacılı aksiyanın AXCP ilə birgə keçirilməsi ilə bağlı hələlik müzakirələrin aparmadığını bildirib: “Artıq müəyyən kontaktlarımız var, amma hələlik bu, müzakirə səviyyəsinə çatmayıb. Amma istisna deyil ki, növbəti aksiyamız da əvvəl olduğu kimi eyni gündə və eyni şüarlar altında keçirilsin. AXCP ilə Müsavatın birgə aksiya keçirməsinə bu gün heç nə mane olmur. Düşünürəm ki, bu məsələ ətrafında bu həftə ərzində müəyyən müzakirələr aparılacaq”.

A. Hacılı aksiyanın tələblərinin və yerinin dəyişməyəcəyini də bildirib: “Biz istənilən halda Bakının mərkəzi meydanlarında kütləvi aksiyaları keçirilməsinin tərəfdarıyıq və buna da çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR