Bank Of Baku

MSK və Venesiya Komissiyası parlament seçkilərində şikayət və müraciətlərə baxılması ilə əlaqədar birgə seminar treninq keçirir

MSK və Venesiya Komissiyası parlament seçkilərində şikayət və müraciətlərə baxılması ilə əlaqədar birgə seminar treninq keçirir
# 07 iyul 2010 08:42 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakıda keçirilən tədbirdə ölkənin 125 seçki dairəsi üzrə Dairə Seçki Komissiyalarının nümayəndələri qatılıb. MSK katibi Natiq Məmmədov çıxışında bildirib ki, qurum şikayətlərə baxılması qaydaları ilə bağlı beynəlxalq təşkilatlar və Venesiya Komissiyası ilə daim əməkdaşlıq edib: “Seçkilərin istənilən mərhələsində seçicilərin hüququ var ki, şikayət və müraciət etsinlər. Şikayətlərə baxılma forması MSK və Venesiya Komissiyası ilə birgə hazırlanıb və təlimat formasına salınıb. Parlament seçkilərində namizədlərin qeydə alınması DSK-larda həyata keçiriləcək və komissiyaların əsas vəzifəsi qanunvericiliyin, təlimatın tələblərinə uyğun addımların atılmasıdır”.

Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek öz çıxışında azad və ədalətli seçkilərin keçirilməsi üçün birgə səylərin göstərilməsini təqdir etdiyini deyib. «Azad və ədalətli seçki hüququna bir öhdəlik də daxildir ki, seçki prosesi ilə bağlı şikayətlərə obyektiv baxılsın. Cəmiyyətin bütün fərdi üzvlərinə azad seçki hüququ verməlidir. Müstəqil və effektli şikayətlərə baxılma sistemi olmadan buna nail olmaq mümkün deyil. Əhalinin etibarı və inamı böyük əhəmiyyət daşıyır. Şikayətlərə baxılma mexanizmi çox sadə olmalıdır». V. Kotek həmçinin MSK-nın bu parlament seçkilərinə ciddi şəkildə hazırlaşmasına şahid olduğunu da qeyd edib.

Seminarda MSK katibi Natiq Məmmədov, Avropa Şurasının ekspertləri Serhi Kalçenko və Dovidas Vitkauskas məruzə ilə çıxış edib, şikayət və müraciətlərə baxılma qaydaları ilə bağlı DSK üzvlərinə məlumat veriblər. İki gün davam edəcək tədbirdə məruzələrlə diskussiyalar da təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR