Bank Of Baku

Müasir Müsavat Partiyasında seçkilərə hazırlıqla bağlı növbəti toplantı keçirilib

Müasir Müsavat Partiyasında seçkilərə hazırlıqla bağlı növbəti toplantı keçirilib
# 07 iyul 2010 12:55 (UTC +04:00)
Bakı-APA. Müasir Müsavat Partiyasının mərkəzi qərargahında seçkilərə hazırlıqla bağlı növbəti toplantı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, toplantıda seçkiyə hazırlığın vəziyyəti, namizədliklərini irəli sürəcək partiya üzvlərinin gördüyü işlər və seçkiyə hazırlığın səviyyəsini artırmaq üçün hazırlanan xüsusi plan müzakirə edilib. Həmin planda partiyanın rayon təşkilatlarının fəalları, Qadınlar Şurasının, Gənclər Təşkilatı və Ağsaqqallar Şurasının üzvlərindən ibarət qrupların yaradılması barədə müddəalar yer alıb. Bu təklif toplantı iştirakçıları tərəfindən dəstəklənib və təbliğat-təşviqat qrupları yaradılıb. Qeyd edək ki, MMP Azərbaycanı əhatə edən 125 dairədən 72 partiya üzvünün namizədlik siyahısını mətbuata açıqlayıb və bu siyahıda hələlik heç bir dəyişiklik yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR