Bank Of Baku

Parlament seçkiləri ilə bağlı Ombudsman Aparatında treninq keçirilib

Parlament seçkiləri ilə bağlı Ombudsman Aparatında treninq keçirilib
# 07 iyul 2010 13:47 (UTC +04:00)
Bakı – APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası (MSK) ilə əldə edilmiş razılığa əsasən Ombudsman Aparatının əməkdaşları üçün təsisatda treninq təşkil olunub. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, bu tədbir müvəkkilin nümayəndələrinin seçki hüququ üzrə maarifləndirilməsi, habelə seçki dairələrində monitorinqlərin aparılmasında müşahidəçi kimi iştirakının təmin edilməsi məqsədi daşıyır.

E. Süleymanova mühüm əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsinin, bununla bağlı bütün səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. O, həmişə olduğu kimi, bu dəfə də vətəndaşların seçki hüquqları ilə bağlı yerlərdə geniş maarifləndirmə işi aparacağını, artıq bu işə başlandığını diqqətə çatdırıb.

Ötən illərdəki müsbət təcrübəni nəzərə alaraq ombudsman və bir qrup əməkdaşı parlament seçkiləri günündə respublikanın müxtəlif regionlarında müşahidəçi kimi fəaliyyət göstərəcək
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR