Bank Of Baku

ADP sədri “Artikl-19” beynəlxalq təşkilatının nümayəndəsi ilə görüşüb

ADP sədri “Artikl-19” beynəlxalq təşkilatının nümayəndəsi ilə görüşüb
# 07 iyul 2010 14:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyanın qərargahında “Artikl-19” beynəlxalq təşkilatının Azərbaycan və Avropa proqramının əməkdaşı Rebeka Vinçetlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, görüşdə ADP sədri Azərbaycandakı seçkiqabağı ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, seçki qanunvericiliyinə edilən son dəyişikliklər, sərbəst toplaşmaq azadlığı, azad mətbuatın problemləri və s. haqqında qonağı ətraflı məlumatlandırıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə predmeti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR