Bank Of Baku

QAT etiraz aksiyaları keçirib

QAT etiraz aksiyaları keçirib
# 07 iyul 2010 14:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi və Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyaları keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Azərbaycan ordusunun giziri Mübariz İbrahimovun meyitinin hələ də ermənilərin əlində qalmasına etirazlarını bildirib, meyitin qaytarılması üçün təcili tədbirlərin görülməsini tələb ediblər.

Aksiya iştirakçılarının bir qrupunun Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşü təmin olunub. Görüşdə QAT-ın tələbi çatdırılıb və təşkilat rəhbərliyinə yazılı müraciət verilib.

Aksiya iştirakçıları sonra Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyada bəyanat oxunub. Bəyanatda gizir Mübariz İbrahimovun meyitinin hələ də erməni tərəfində qalmasının Azərbaycan milləti və dövləti üçün təhqir olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR