Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin seçki dairələrində əməkdaşlığına inamım yoxdur”

Sərdar Cəlaloğlu: “Müxalifətin seçki dairələrində əməkdaşlığına inamım yoxdur”
# 08 iyul 2010 08:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müxalifətin ciddi birliyi yaranmadan seçki dairələrində hansısa bir əməkdaşlığa inamım yoxdur. Gərək əvvəlcə ümumi birlik yaransın, sonra o birlik çərçivəsində problemlər həll olunsun”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətin parlament seçkilərində seçki dairələrində əməkdaşlıq imkanlarına münasibət bildirərkən deyib. S. Cəlaloğlu müxalifətin birlik şanslarının itmədiyini bildirib: “Yüzdə-yüz seçki gününə qədər belə müxalifətin hər hansı birliyinin yaranması, siyasi arenada olan müxalifət partiyalarının hamısının bir araya gəlməsi mümkündür. Təbii ki, əgər ayrı-ayrı partiyalar öz mövqelərinə yenidən baxarsa. Mən Müsavatı, AXCP-ni, DUİ-yə daxil olan partiyaları, “Ümid”i, ALP-ni, VİP-i və digərlərini nəzərdə tuturam. Yəni müxalifətdə o qədər geniş partiya yoxdur ki, bunu böyüdəsən. Siyasi maraqlar uzlaşdırma tələb edir. Əgər maraqlarımız uyğun gəlirsə, kimlərisə kənarda qoymaq, gözardı etmək düzgün deyil”.

S. Cəlaloğlu bildirib ki, artıq ADP namizədlərin müəyyənləşdirməsi prosesini başa çatdırıb və hazırda partiyanın 70 nəfərlik namizəd siyahısı var. O, ADP-nin siyahısında partiyanın üzvü olmayan və digər müxalifət partiyalarının nümayəndələrinin adının olmayacağını vurğulayıb: “Biz başqa partiyanın namizədini niyə dəstəkləməliyik ki? Bunu necə səmimi qəbul etmək olar ki, seçkilərlə partiya kimi iştirak edən bir qurum başqa partiyanın namizədini dəstəkləyir. Mən belə bir şeyin mümkünlüyünü düşünmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR