Bank Of Baku

Sülhəddin Əkbər: “Biz “Azadlıq” bloku ilə deyil, AXCP ilə əməkdaşlıqda maraqlıyıq”

Sülhəddin Əkbər: “Biz “Azadlıq” bloku ilə deyil, AXCP ilə əməkdaşlıqda maraqlıyıq”
# 08 iyul 2010 09:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyasının əməkdaşlıqla bağlı təklifinə nə qədər tez müsbət cavab versə, əməkdaşlıq bir o qədər səmərəli və effektli olar”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər verib. O bildirib ki, Müsavat Partiyası AXCP ilə əməkdaşlıqla bağlı öz təkliflərini irəli sürüb: “Danışıqları partiya rəhbərləri aparırlar. Mütəmadi olaraq onların arasında birbaşa görüşlər, telefon danışıqları olur. Mənə elə gəlir ki, iyulun 3-də mitinqin eyni gündə keçirilməsi bu yaxınlaşmanın bir əlaməti sayıla bilər. Biz tərəfimizdən dəyələrlə bəyan etmişik ki, AXCP ilə hərtərəfli münasibətləri, əməkdaşlığı dərinləşdirməyə hazırıq. Blok daxilindəki proseslərə qarışmaq niyyətində deyilik. Bizim bu barədə mövqeyimiz aydındır, AXCP rəhbərliyinə də çatdırılıb”.

S. Əkbər bildirib ki, Müsavat “Azadlıq” bloku ilə deyil, AXCP ilə əməkdaşlıqda maraqlıdır: “Müzakirələr olub və mövqeyimiz də birmənalı olaraq AXCP rəhbərliyinə çatdırılıb. Onların mövqeyi belədir ki, bizimlə əməkdaşlıqda maraqlı olduqlarını bildirirlər, amma blok şəklində əməkdaşlıq etmək istəyirlər. Amma biz yalnız AXCP ilə əməkdaşlığa üstünlük veririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR