Bank Of Baku

Balakəndə Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılış mərasimi keçirilib

Balakəndə Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılış mərasimi keçirilib
# 08 iyul 2010 13:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfər çərçivəsində Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak edib. Açılışı bildirən lenti kəsən dövlət başçısı müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış olub.

Məntəqənin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Heydər Əliyevin həyatını, eləcə də gömrük sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb. Binanın ikinci mərtəbəsində yerləşən 100 yerlik konfrans zalına baxan Prezident İlham Əliyevə qaçaqmalçılığa qarşı mübarizə üzrə əməliyyat mərkəzinin avtomatlaşdırılmış idarəetmə sistemi ilə tanış olub.

Dövlət başçısına Azərbaycana idxal olunan avtomobillərin “Avro-2” standartlarına uyğunluğunu yoxlayan cihaz, idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi və mal-nəqliyyat vasitələrinin qeydiyyatı, həmçinin gömrük xidmətinin avtomatlaşdırılmış informasiya sistemi haqqında məlumat verilib.

Prezident İlham Əliyev qonaqlar üçün yaradılan xüsusi gözləmə otağında da olub. Diqqətə çatdırılıb ki, terminalın ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Gömrük-sərhəd buraxılış məntəqəsi ilə tanış olan prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR